Lavrov və Fidan enerji təhlükəsizliyi məsələsini müzakirə ETDİLƏR

 21:33 12.01.2025     85

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və türkiyəli həmkarı Hakan Fidan arasında telefonla danışığı baş tutub.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Sergey Lavrov və Hakan Fidan arasında baş tutan telefon danışığı zamanı Suriyadakı hadisələr, enerji təhlükəsizliyi və Ukraynadakı vəziyyət müzakirə olunub.

"Xarici siyasət idarələrinin rəhbərləri, müntəzəm, etibarlı dialoqun inkişafında beynəlxalq və regional məsələlər, o cümlədən Ukrayna ətrafındakı vəziyyət kontekstində fikir mübadiləsi aparıblar", - mətndə qeyd olunur.