Bayden və Netanyahu Qəzza razılaşmasını müzakirə ETDİ
ABŞ Prezidenti Co Bayden İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.
Redaktor.az xəbər verir ki, bu barədə AFP ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Məlumata görə, telefon danışığı zamanı girovların azad edilməsi və Qəzza zolağında atəşkəs razılaşması üzrə danışıqlar müzakirə edilib.