Suriyanın yeni hakimiyyəti ölkədə təhsili pulsuz etmək NİYYƏTİNDƏDİR
![](https://img.redaktor.az/news/2025/01/photo_266798.jpg)
Suriyanın yeni hakimiyyət orqanları ölkədə təhsilin pulsuz olmasına çalışır.
Redaktor.az xəbər verir ki, bunu keçid hökumətinin təhsil naziri Nazir əl-Qadiri deyib.
"Hökumət təhsilin pulsuz olmasına çalışır - bu, hər bir suriyalının hüququdur. Biz Suriya xalqının istəklərinə cavab verən yeni təhsil layihəsi üzərində işləyirik", - o deyib.