Aİ Suriyaya qarşı sanksiyaların ləğvini yanvarın sonunda müzakirə edəcək - Kallas

 23:58 12.01.2025     95

Avropa İttifaqı (Aİ) ölkələrinin XİN başçıları yanvarın sonunda Suriyaya qarşı sanksiyaların ləğvi imkanını müzakirə edəcəklər.

Redaktor.az xəbər verir ki, bu barədə Aİ-nin diplomatik xidmətinin rəhbəri Kaya Kallas bildirib.

“Biz həqiqətən də o vaxtadək bunu edə biləcəyimizlə (sanksiyaların ləğvi – red.) bağlı qərar qəbul etmək imkanının yaranması üzərində işləyirik”, - o deyib.

Qeyd edək ki, Aİ XİN başçılarının bu məsələni müzakirə edəcəyi gözlənilən Aİ Şurasının Brüsseldə iclası yanvarın 27-nə planlaşdırılıb.

Kallas həmçinin sosial şəbəkədə paylaşım edərək, Aİ-nin sanksiyaların ləğvini deyil, “yumşaldılmasını nəzərdən keçirəcəyini” açıqlayıb, lakin bunun nə vaxt baş verə biləcəyini dəqiqləşdirməyib.

Xatırladaq ki, daha əvvəl Avropanın baş diplomatları Aİ-nin Suriyanın yeni iqtidarındn ilk növbədə ölkə ərazisindəki Rusiya bazalarının bağlanmasını tələb edəcəyini bəyan etmişdilər.