ABŞ Çin hakerlərini kritik infrastruktura toxunmaqda İTTİHAM ETDİ
Amerika Birləşmiş Ştatlarının Federal Təhqiqat Bürosunun direktoru Kristofer Rey Çini ABŞ-nin kritik infrastrukturuna zərərli proqramlar yerləşdirməkdə ittiham edib.
Redaktor.az-ın məlumatına görə, onun fikirlərini CBS telekanalı sitat gətirib.
Rey müsahibəsində deyib ki, çinli hakerlər su təmizləmə sistemlərinə, enerji şəbəkələrinə, qaz kəmərlərinə və telekommunikasiya sistemlərinə nüfuz edərək, onlara istədikləri vaxt ABŞ-nin infrastrukturuna ciddi ziyan vurmaq imkanı qazanıblar.
O vurğulayıb ki, Çinin fəaliyyəti sadə kibercasusluqdan kənara çıxır, nəqliyyat, su təchizatı və enerji kimi sektorlara təsir göstərərək, ABŞ-nin milli təhlükəsizliyini pozmağa yönəlmiş məqsədyönlü hərəkətləri təmsil edir.
Reyin sözlərinə görə, Çin artıq bu əsas sahələrə real ziyan vurmaq imkanlarına malikdir.