İran və Rusiya arasında saziş 47 maddədən ibarətdir

 09:55 13.01.2025     66

Moskva və Tehran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi 47 maddədən ibarətdir və ikitərəfli əməkdaşlığın bütün sahələrini əhatə edir.

Redaktor.az xəbər verir ki, bunu İranın Rusiya Federasiyasındakı səfiri Kazem Cəlali deyib.

“Bu müqavilə preambula, 47 maddədən ibarətdir və ikitərəfli əməkdaşlığın bütün sahələrini əhatə edir. Sazişi tərtib edərkən əsas diqqət tarazlığa, suverenlik prinsiplərinə və ölkələrin ərazi bütövlüyünə hörmətə yönəldilib", - deyə o qeyd edib.

Dekabrın 26-da İslam Respublikasının Rusiya Federasiyasındakı səfiri bəyan edib ki, Rusiya-İran sazişi 2025-ci il yanvarın 17-də Moskvada iki ölkə prezidentləri arasında danışıqlar zamanı imzalanacaq. 

Türkan İSGƏNDƏRLİ