Ölkənin müdafiə qüvvələrinin artırılması ZƏRURİDİR
İsveçin Baş naziri Ulf Kristersson Şimali Avropa və Baltikyanı ölkələrdə iddia edilən "hibrid müharibə riski" səbəbindən ölkənin müdafiə qüvvələrinin artırılmasının zəruriliyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
“Mən heç də istisna etmirəm ki, vəziyyət bizdən İsveç müdafiəsini gücləndirmək və genişləndirmək üçün əlavə tədbirlər görməyi tələb edəcək. Baltikyanı ölkələr ÜDM-in təxminən üç faizini müdafiəyə yatırır, Finlandiya isə 2,4 faizini ayırır, lakin əhalinin sayı İsveçdən daha az olmasına baxmayaraq, iki dəfə çox çağırışçıya malikdir NATO daha çox iş görməlidir" - deyə İsveç Baş naziri çağırıb.
Daha əvvəl bildirilmişdi ki, İsveç hökuməti NATO-nun Baltik dənizindəki əməliyyatlarında iştirak etmək üçün üç döyüş gəmisi və bir aviasiya təyyarəsi göndərəcək.
Türkan İSGƏNDƏRLİ