Qrenlandiya əhalisi ABŞ-yə birləşmək İSTƏYİR

 10:45 13.01.2025     64

Qrenlandiya əhalisinin yarıdan çoxu adanın ABŞ-yə birləşdirilməsinin tərəfdarıdır.

Redaktor.az xəbər verir ki, bu Amerikanın “Patriot Polling” qeyri-hökumət təşkilatının yanvarın 6-11-də keçirdiyi sorğuda məlum olub.

Respondentlərin 57,3%i ABŞ-yə qoşulmaq ideyasını bəyəndiyini, 37,4%-i isə əleyhinə olduğunu bildirib. Onların 5,3%-i cavabda qərar verə bilməyib.

Qrenlandiyanın 416 sakininin iştirak etdiyi sorğunun tərtibçiləri qeyd edirlər ki, sorğunun keçirildiyi vaxt ABŞ-nin seçilmiş Prezidentinin oğlu kiçik Donald Tramp Qrenlandiyada səfərdə olub.

Yanvarın 7-də ABŞ Prezidenti vəzifəsinə yanvarın 20-də başlayacaq Donald Tramp bildirib ki, Çin və Rusiya təhdidlərindən qorunmaq üçün Qrenlandiya ABŞ-ın bir hissəsi olmalıdır. 

Türkan İSGƏNDƏRLİ