“Stüardessa çox kobud idi” - Həbib Nurməhəmmədov
UFC çempionu, dağıstanlı Həbib Nurməhəmmədov Los-Ancelesə gedərkən ABŞ təyyarəsindən endirilməsi ilə bağlı paylaşım edib.
Redaktor.az xəbər verir ki, o, instaqram hesabında məsələyə aydınlıq gətirib:
“Mənə suallar verən stüardessa çox kobud idi. Baxmayaraq ki, kifayət qədər yaxşı ingilis dilində danışıram və hər şeyi başa düşürəm. Ona dedim ki, kömək etməyə razıyam, yenə də məni oturduğum yerdən qaldırmaqda israrlı idi.
Bunun səbəbi irqi, milli və ya başqa nə idisə əmin deyiləm. Amma iki dəqiqəlik söhbətdən sonra mühafizəyə zəng etdi və mən təyyarədən düşdüm. Bir saat yarımdan sonra isə başqa bir aviaşirkətin təyyarəsinə mindim və ABŞ-yə yola düşdüm. Videodan da görünür ki, kifayət qədər sakitəm və qarşımdakına hörmət üçün əlimdən gələni etdim. Ümid edirəm ki, ekipaj üzvləri növbəti dəfə müştərilərinə daha yaxşı davranacaqlar”.