Rusiyada hərbi hospitalda yanğın baş VERDİ

Rusiyanın Tula şəhərində hərbi hospitalda yanğın baş verib.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, yanvarın 13-də Tulanın Sovetskaya küçəsində yerləşən hərbi hospitalın binası yanıb. Hadisə şahidlərinin sözlərinə görə, yanğın üçüncü mərtəbədə baş verib.
Qeyd edək ki, yanğının baş verdiyi bina tarixidir.1870-ci ildən Tulada ilk qızlar gimnaziyası bu binada yerləşib. Böyük Vətən Müharibəsi illərində burada xəstəxana yaradılıb. Hazırda isə bu binada Rusiya Hava Desant Qüvvələrinin 39-cu tibbi dəstəsi yerləşir.