Rutte NATO ölkələrini Kiyevə yardımı artırmağa ÇAĞIRDI
NATO ölkələri Rusiya ilə münaqişənin trayektoriyasını dəyişmək üçün Ukraynaya yardımı artırmalıdır.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Brüsseldə Avropa Parlamentində ilk dəfə çıxış edən Alyansın baş katibi Mark Rutte deyib.
“Biz müharibənin trayektoriyasını dəyişmək və gələcək təcavüzün qarşısını almaq üçün Ukraynaya dəstəyi saxlamalı və gücləndirməliyik”, - deyə o bildirib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin dəfələrlə vurğulayıb ki, Kiyevə yeni silahların verilməsi cəbhədəki vəziyyəti dəyişməyəcək, ancaq münaqişənin uzanmasına gətirib çıxaracaq.
Turan İSMAYIL