İsrailli əsirin atası: Netanyahu müharibə cinayətkarıdır

 19:56 13.01.2025     94

İsrailli əsir Nimrod Kohenin atası Yahuda Kohen, Baş nazir Benyamin Netanyahunun təkcə Qəzza Zolağında deyil, həm də İsraildə "müharibə cinayəti" törətdiyini iddia edib.

Redaktor.az xəbər verir ki, İsrailin 103 FM Radiosuna müsahibə verən Yahuda Kohen, Beynəlxalq Cinayət Məhkəməsinin (UCM) Baş Prokuroru Kərim Xanla görüşmək istədiyini bildirib.

O: "Kərim Xana Netanyahu təkcə Qəzzada deyil, İsraildə də müharibə cinayətləri törədib. İsrail əsgərləri, Netanyahunun şəxsi maraqları və korrupsiya ittihamlarından yayınmaq üçün davam edən müharibə səbəbindən həyatını itirir. Buna görə də Netanyahu İsraildə də soyqırımla və müharibə cinayətləri ilə bağlı məsuliyyət daşıyır", - deyə müsahibəsində bildirib.

Qəzzaya qarşı hücumları "boşuna" adlandıran Kohen, bu hücumların yalnız daha çox İsrail əsgərinin ölümünə səbəb olduğunu vurğulayıb.

“Netanyahu rəhbərliyindəki hökuməti İsrail dövlətinə qarşı cinayət törədən bir hökumət olaraq görürəm", - deyə qeyd edən Yahuda Kohen, İsrail hökumətinin xalqın maraqları üçün çalışmadığını bildirib.

Seymur BƏNNAYEV