Fələstinli əsirlər: Cəhənnəmdə yaşayırıq
Fələstin Azadlıq Təşkilatına (FAT) bağlı Əsir və Azad Edilənlər Komitəsi ilə Fələstin Əsirlər Cəmiyyəti tərəfindən edilən birgə açıqlamada, 6-8 yanvar 2025 tarixləri arasında Negev Həbsxanası və Neftali (Nafha) Kampüsündə ziyarət edilən 23 Fələstinlinin ifadələrinə yer verilib.
Redaktor.az xəbər verir ki, açıqlamaya görə, İsrailin həbsxanalarında saxlanılan fələstinlilər işgəncə, pis rəftar, aclıq, tibbi qayğısızlıq, ağır döyülmə və təzyiqə məruz qaldıqlarını bildiriblər. Eyni zamanda məhbuslar arasında uyuz xəstəliyinin yayılmağa başladığı qeyd edilib.
Negev və Ofer başda olmaqla, İsrailin həbsxana və düşərgələrindəki çoxsaylı məhnusların ifadələrinin eyni dərəcədə sistematik işgəncə və vəhşiliyi əks etdirdiyi vurğulanıb.
Həbsdə olanlardan K.N. əhqirlərin yanı sıra daima qolbağlı şəkildə saxlanıldığını və döyüldüyünü bildirib:
"Negev Həbsxanasına köçürüldüyümdə, nəzarətçilər üzərimə elektrikli su qızdırıcıdan isti su atdılar və bədənimdə yanıq izləri əmələ gəldi", - deyə açıqlama verib.
Seymur BƏNNAYEV