TürkAkım stansiyasına hücuma cəhd edildi - Rusiya

 20:15 13.01.2025     82

Rusiya Müdafiə Nazirliyi, Ukraynanın "TürkAkım" qaz kəmərinə təbii qaz təmin edən Krasnodar bölgəsindəki kompressor stansiyasına pilotsuz uçuş aparatları (PUA) ilə hücum etməyə cəhd etdiyini bildirdi.

Redaktor.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı açıqlamada, Ukraynanın "TürkAkım" kəmərinin infrastrukturuna yönəlik hücum cəhdləri ilə bağlı məlumat verilib.

Krasnodar bölgəsindəki kompressor stansiyasına 9 PUA ilə hücum etməyə cəhd edildiyi qeyd olunan açıqlamada, hücumun Avropaya təbii qaz tədarükünün dayandırılmasını hədəflədiyi bildirilib.

Bütün PUA-ların hava müdafiə sistemləri ilə vurulduğu və stansiyanın heç bir zərər görmədiyi qeyd edilib. Açıqlamada, kompressor stansiyasından "TürkAkım"a təbii qaz tədarükünün normal şəkildə davam etdiyi bildirilib.

Seymur BƏNNAYEV