Ukrayna səfərbərlik yaşını aşağı salmağa qərar verməli olacaq
Ukrayna son nəticədə səfərbərlik yaşını 18 yaşa endirmək qərarına gəlməli olacaq.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan "Bloomberg"ə müsahibəsində bildirib.
“Birincisi, onlar həqiqətən də qanunvericiliklərini bir il əvvəl 27 yaş idi, 25-ə endirdilər”, - deyə o, Ukraynada səfərbərlik yaşının 18 yaşa endirilməsi məsələsini şərh edərkən bildirib.
“Lakin siz başa düşməlisiniz ki, Ukraynada işçi qüvvəsi problemi zaman keçdikcə inkişaf edən bir məsələdir”, - deyə o, davam edib. Sallivan həmçinin qeyd edib ki, vəzifədən gedən ABŞ administrasiyası yeni seçilmiş prezident Donald Trampın komandasına məsələ ilə bağlı məlumat verib:
“Nəhayət, bu, Ukraynanın qəbul etməli olduğu suveren qərardır, lakin biz açıq şəkildə bildirdik ki, işçi qüvvəsi kəskin narahatlıq doğuran məsələdir və bu, Ukraynanın qərar verməli olduğu bir məsələdir”.
Xatırladaq ki, bundan əvvəl Trampın gələcək milli təhlükəsizlik müşaviri Mayk Uols ABC telekanalında demişdi ki, gələcək Amerika administrasiyası Ukraynada səfərbərlik yaşını 18-ə endirməkdə israrlıdır. İndi Ukraynada 25-60 yaş arası kişilər səfərbərliyə məruz qalırlar. 2024-cü ildə səfərbərlik yaşı artıq bir dəfə aşağı salınıb - keçən ilin aprel ayına qədər səfərbərlik yalnız 27 yaşdan mümkün idi. Buna baxmayaraq, Ukrayna Silahlı Qüvvələri ciddi kadr çatışmazlığı yaşamaqda davam edir.
Turan İSMAYIL