Almaniya Ukraynaya obüslərin ilk təslimatını gerçəkləşdirdi
Almaniya, Ukraynanın Rusiyaya qarşı müdafiə gücünü artırmaq məqsədilə istehsal etdiyi müasir obüslərin ilk partiyasını təhvil verib.
Redaktor.az xəbər verir ki, Almaniyanın Kassel şəhərində təşkil olunan təslimat mərasimində çıxış edən Müdafiə Naziri Boris Pistorius, Ukraynanın uzaqdan idarə olunan RCH 155 tipli obüslərini almağa başladığını açıqlayıb.
“Rusiyanın Ukraynaya qarşı apardığı müharibə dördüncü ilinə yaxınlaşarkən bu gün güclü bir mesaj veririk: Ukrayna bizə etibar edə bilər. Almaniya Avropadakı məsuliyyətlərini yerinə yetirməyə hazırdır”, - deyə Pistorius bildirib.
Nazir həmçinin son dövrlərdə Almaniyada 420-dən çox Ukraynalı hərbçinin təlim keçdiyini vurğulayıb.
Seymur BƏNNAYEV