Husilər İsrail Müdafiə Nazirliyinin binasını vurdu
Yəmən husiləri son 12 saat ərzində İsrail ərazisinə iki raket hücumu həyata keçirib.
Redaktor.az xəbər verir ki, bu barədəhHərəkatın hərbi nümayəndəsi Yəhya Saria məlumat yayıb.
Məlumata görə, Husi qüvvələri İsrailin Təl-Əvivdəki müdafiə idarəsinə hipersəs ballistik raketlə hücum edib.
"Yəmən silahlı qüvvələrinin raket qüvvələri Fələstinin hipersəs ballistik raketi ilə işğal olunmuş Yaffa bölgəsində İsrail düşməninin qondarma Müdafiə Nazirliyinə hücum edərək hərbi əməliyyat keçirib. 2 tipli raket hədəfinə çatıb və onları ələ keçirmə sistemləri izləyə bilməyib”, - deyə Saria bildirib.
Türkan İSGƏNDƏRLİ