Trampın dövründə dollar bahalaşa BİLƏR
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın siyasəti fonunda dolların daha da möhkəmlənəcəyini proqnozlaşdırılır.
Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
ABŞ iqtisadiyyatının və Federal Ehtiyat Sisteminin faiz endirimlərinə daha ölçülü yanaşmaya keçəcəyinə dair siqnallarının valyutanı daha yüksəklərə aparacağını proqnozlaşdırırlar. Digər səbəb Trampın idxal olunan məhsullara sərt tariflər tətbiq etmək planlarıdır.
ABŞ valyutası indi 2022-ci ildəki pik həddinin 2,8 faizindədir. Goldman strateqləri dolların il ərzində beş faiz bahalaşacağını gözləyirlər. "Deutsche Bank" hesab edir ki, avro paritetin altına düşəcək və dollara nisbətdə 0,95-1,05 arasında ticarət alacaq.
Türkan İSGƏNDƏRLİ