Çin ordusu Tayvan səddini KEÇDİ

Tayvan hərbçiləri son bir neçə saat ərzində ada və materik Çini ayıran Tayvan boğazı üzərindən orta xətti keçən 20-dən çox Çin Xalq Azadlıq Ordusunun (PLA) təyyarəsini görüblər.
Redaktor.az xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyi məlumat yayıb.
"Ümumilikdə, bu gün saat 08:20-dən müxtəlif tipli 22 PLA təyyarəsi aşkar edilib. Onlardan 19-u Tayvan boğazının orta xəttini keçərək şimal, mərkəzi, cənub-qərb və şərq hava hücumundan müdafiə zonalarına daxil olub”, - hesabatda qeyd edilir.
Tayvan müdafiə departamenti bildirib ki, dünən gecə saat 06:00-a qədər Tayvan Silahlı Qüvvələri adaya yaxınlaşan 10 təyyarə və 4 Çin gəmisini qeydə alıb. Sonra beş PLA təyyarəsi orta xətti keçib.
Tayvan müdafiə departamenti mütəmadi olaraq Çin təyyarələrinin və gəmilərinin yaxınlaşmasını qeyd edir. Tayvan 1949-cu ildən, Çan Kay-şek (1887-1975) başçılıq etdiyi Kuomintang qüvvələrinin qalıqları Çin Vətəndaş Müharibəsində məğlub olduqdan sonra oraya qaçdıqdan sonra öz administrasiyası tərəfindən idarə olunur. Pekin Tayvanı Çin Xalq Respublikasının əyalətlərindən biri hesab edir.
Bənövşə HƏSƏN