Bu hava limanında sərnişin axını 35% ARTIB

 10:34 14.01.2025     104

2024-cü ildə Yekaterinburqun Koltsovo hava limanında beynəlxalq sərnişin axını 35% artaraq 2,2 milyon nəfərdən çox olub. 

Redaktor.az xəbər verir ki, hava limanı telegram səhifəsində  məlumat yayıb.

“Keçən il beynəlxalq sərnişin axını nəzərəçarpacaq dərəcədə artıb: buradakı sərnişinlərin sayı 35% artaraq 2,2 milyon nəfərdən çox olub”, - hesabatda deyilir.

Ümumilikdə, 2024-cü ildə hava limanının xidmətlərindən 8,47 milyon sərnişin istifadə edib ki, bu da əvvəlki ilin göstəricisini 9% ötüb. O cümlədən 5,8 milyondan çox insan Rusiyanın daxili istiqamətlərinə səyahət edir ki, bu da 2023-cü ilin nəticələrindən bir qədər yüksəkdir.

Rusiya daxilində sərnişin daşımalarına ən böyük töhfə ənənəvi olaraq Moskva (2,1 milyon sərnişin), eləcə də Soçi (825 min sərnişin) və Sankt-Peterburq (Beynəlxalq marşrutlarda - Antalya (605 min sərnişin)) olub. 

Bənövşə HƏSƏN