Tramp Putinlə görüş üçün şərtləri AÇIQLADI

 10:45 14.01.2025     104

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp bildirib ki, Rusiya lideri Vladimir Putinlə görüşmək üçün o, yanvarın 20-də dövlət başçısı vəzifəsinə başlamalıdır.

Redaktor.az xəbər verir ki, bu barədə o, "Newsmax" telekanalına müsahibəsində bildirib.

Tramp qeyd edib ki, rusiyalı həmkarı ikitərəfli danışıqlar aparmaq istəyir. Bunun üçün o, rəsmi olaraq hökumət səlahiyyətlərini öz üzərinə götürməli olacaq.

“Onun görüşmək istədiyini bilirəm və kaş ki, bunu daha tez edəydim”, - o vurğulayıb.

Xatırladaq ki, yanvarın 10-da Tramp Floridadakı iqamətgahında jurnalistlərlə danışarkən Putinlə görüşü elan edib. Hazırda tərəflər bu qəbula hazırlaşır. Eyni zamanda o, ABŞ, Rusiya və Çin liderlərinin üçtərəfli görüşünün baş tutub-tutmayacağı sualına birbaşa cavab verməkdən yayınıb.

Türkan İSGƏNDƏRLİ