Bu ölkədə "Covid"ə yoluxma kəskin ARTDI

 12:12 14.01.2025     110

Rusiyada son bir həftədə Covid-ə yoluxma halları 7,9%, xəstəxanaya yerləşdirilənlərin sayı isə 10% artıb.

Redaktor.az xəbər verir ki,  bu barədə jurnalistlərə infeksiyaya qarşı mübarizə üzrə federal operativ qərargahdan məlumat verilib.

Rusiya Federasiyasının 33 regionunda xəstəxanaya yerləşdirilənlərin sayında artım, ölkənin 60 regionunda isə xəstələnmə qeydə alınıb. Qərargahın məlumatına görə, həftə ərzində Covid-ə yoluxan 14 272 nəfər sağalıb ki, bu da əvvəlki həftədən 8% azdır, 37 nəfər ölüb.

Bənövşə HƏSƏNOVA