Ölkənin heç vaxt bu qədər dövlət borcu olmayıb - Fransanın baş naziri

Fransanın tarixi boyu belə böyük dövlət borcu olmayıb.
Redaktor.az xəbər verir ki, bunu ölkənin baş naziri Fransua Bayru deyib.
"Borc Fransanın üstündən "Damokl qılıncı" kimi asılıb”, - o bildirib.
Qeyd edək ki, Fransanın dövlət borcu 3,3 trilyon avroya çatıb, bu da ÜDM-in 113,7%-ni təşkil edir.