ABŞ-nin gələcək müdafiə naziri senatın iclasına belə gəldi
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp tərəfindən ABŞ müdafiə naziri vəzifəsinə namizədliyi irəli sürülən Pit Heqset ABŞ Senatının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrə vətənpərvər gödəkçə geyinərək gəlib.
Redaktor.az xəbər verir ki, yayım C-SPAN tərəfindən həyata keçirilib.
Yayılan görüntülərə görə, Heqset mavi iş kostyumu geyinib. Eyni zamanda pencəyinin astarını ABŞ bayrağına bənzətmək üçün stilizə edib. Jurnalistlərlə görüş zamanı Heqset pencəyinin üst düyməsi ilə bərkidilməmişdən əvvəl onun içini nümayiş etdirib.
Qeyd edək ki, 44 yaşlı Heqset İraqda xidmət etmiş döyüş veteranıdır. O, ABŞ ordusunda mayor rütbəsinə malikdir. O, zabit rütbəsini doğulduğu Minnesota ştatının Milli Qvardiyasında xidmət etməklə alıb. Səkkiz il "Fox News" kanalında çalışıb. O, həmçinin bir neçə kitab yazıb və iki veteran hüquqları təşkilatına rəhbərlik edib. Prinston və Harvard universitetlərində təhsil alıb.
Turan İSMAYIL