Çin gələcəkdə iqtisadi sahədə ABŞ-ni ötə bilməyəcək - Sallivan

ABŞ Prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan hesab edir ki, Çin Bayden administrasiyasının siyasəti sayəsində yaxın gələcəkdə iqtisadi sahədə ABŞ-ni geridə qoya bilməyəcək.
Redaktor.az xəbər verir ki, bunu Sallivan “The New York Times“ qəzetinə müsahibəsində deyib.
“Prezident Baydenin etdikləri sayəsində heç kim Çinin yaxın gələcəkdə iqtisadi sahədə ABŞ-ni ötə biləcəyindən danışmır”, - Ağ Ev rəsmisi vurğulayıb.