ABŞ Ermənistana xüsusi sərhəd mühafizə qrupu GÖNDƏRİR

Birləşmiş Ştatlar gələn ay sərhəd təhlükəsizliyi ilə bağlı birgə iş aparmaq üçün ABŞ-dən Ermənistana xüsusi sərhəd mühafizə qrupu göndərəcək.
Redaktor.az xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Entoni Blinken ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşündə bildirib.
“Bu istiqamətdə müvafiq işləri gücləndirəcəyik”, - Blinken vurğulayıb.