Ermənistan ABŞ-nin başçılıq etdiyi anti-İŞİD koalisiyasına qoşulur - Mirzoyan

Ermənistan İŞİD-lə mübarizə üçün ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyaya qoşulacaq.
Redaktor.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
“Ermənistan İŞİD-i məğlub etmək üçün yaradılmış koalisiyaya qoşulmağa hazırlaşır. Terrorla mübarizədə birgə fəaliyyətin vacib olacağına inanırıq”, - nazir qeyd edib.