Prezidenti həbs etmək üçün mindən çox polis GEDİB
Koreya Respublikası Polisi prezident Yoon Seok-yeol-u öz iqamətgahında həbs etmək üçün ikinci cəhddə təxminən 1120 zabit yerləşdirib.
Redaktor.az xəbər verir ki, bu barədə "News1" agentliyi məlumat yayıb .
Həbsi həyata keçirmək üçün yaradılan heyətə 1120 əməkdaş daxildir. Prezidentin tərəfdarları və siyasi əleyhdarlarının mitinqləri ilə əlaqədar iqamətgahın yaxınlığında asayiş daha 3,2 min polis əməkdaşı tərəfindən təmin edilib.
Yaşayış binasına yalnız yüksək vəzifəli məmurlara qarşı Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının daxil olduğu bildirilir. Yerli vaxtla saat 10:33-də (Azərbaycan vaxtı ilə 07:33) həbs qərarı icra edilib. Dekabr ayında polis və idarənin daxil olduğu birgə istintaq qrupu yaradılıb. Korrupsiyaya Qarşı Mübarizə İdarəsi məhkəmədən həbs qərarı çıxarıb.
Binaya girərkən və həbs zamanı zorakılıq olmayıb, qapılar sındırılmayıb. Hüquq-mühafizə orqanları kompleksdə tikanlı məftilləri kəsmək üçün pilləkənlərdən və armatur qayçıdan istifadə ediblər.
Türkan İSGƏNDƏRLİ