Tramp Putinə bunu təklif EDƏCƏK

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinə Moskva ilə Kiyev arasında sülhün bərqərar olması müqabilində kosmik sektorda Rusiya-Amerika əməkdaşlığının bərpasını təklif edə bilər.
Redaktor.az xəbər verir ki, bu barədə Amerikanın “The Hill” qəzeti yazır .
“O, Putinə imtina edə bilməyəcəyi bir təklif etməklə sövdələşməni şirinləşdirə bilər. Söhbət Kiyevlə sülh müqabilində Artemida proqramında iştirakdan gedir”, – nəşr yazır.
Bundan əvvəl məlum olub ki, ABŞ Rusiya və Çin kosmik gəmilərinin monitorinqi üçün nəzərdə tutulmuş "Silent Barker" missiya peyklərini 2025-ci ilin əvvəlində istismara verməyi planlaşdırır.
Türkan İSGƏNDƏRLİ