Moldova Avropa İttifaqına qoşulmaq İSTƏYİR
Moldova hakimiyyəti yaxın həftələrdə Avropa İttifaqına daxil olmaq üzrə tematik klasterlər üzrə danışıqlara başlamağa ümid edir.
Redaktor.az xəbər verir ki, bunu respublikanın xarici işlər naziri Mixay Popsoi deyib.
“İlk klasterlər yaxın vaxtlarda açılacaq, əslində, Polşa sədr kimi, həm Xarici İşlər Nazirliyi səviyyəsində, həm də parlamentdəki həmkarlarımız səviyyəsində tam açıqlıq nümayiş etdirir. Hökumət və təbii ki, Prezident Administrasiyası istisnasız olaraq bütün Avropa İttifaqı ölkələri ilə sıx əlaqələr saxlamalıdır”, - deyə o bildirib.
Nazir həmçinin Aİ ölkələrinin Avropaya inteqrasiya prosesində Moldovanı dəstəkləyəcəyinə ümid etdiyini qeyd edib.
Bundan əvvəl Moldova Prezidenti Maia Sandu respublikanın 2030-cu ildə Aİ-yə üzv olacağını bildirmişdi.
Bənövşə HƏSƏNOVA