Yanğının zərəri 40 milyard dollara ÇATIR
Kaliforniyada tüğyan edən yanğınlardan sığortalanmış itkilər 40 milyard dollara çata bilər.
Redaktor.az xəbər verir ki, bu barədə "Keefe Bruyette & Woods" investisiya bankı məlumat yayıb.
Bank qeyd edib ki, fəlakətdən itkilər sürətlə artmaqda davam edir. Yeni proqnozun dərc olunmasından cəmi bir gün əvvəl sığorta sahəsinə dəyən zərərin miqdarının bunun yarısı olacağı gözlənilirdi.
Optimist hesablamalar zərərin 25 milyard dollar olduğunu göstərir. Bununla belə, bank hesab edir ki, Los-Ancelesin böyük əraziləri hələ də yanğını nəzarət altına ala bilməyiblər, çünki zərər artmaqda davam edəcək.
Bənövşə HƏSƏNOVA