Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi həyata KEÇİRİLDİ
Rusiya ilə Ukrayna arasında həyata keçirilən növbəti əsir mübadiləsi çərçivəsində 25 rus və 25 ukraynalı əsgər azad olunub.
Redaktor.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vasitəçiliyi ilə Ukrayna ilə əsir mübadiləsi baş tutub.
Açıqlamada bildirilib: "Aparılan danışıqlar nəticəsində Kiyev rəhbərliyinin nəzarətindəki ərazilərdən 25 rus əsgəri geri alınıb. Bunun qarşılığında isə 25 ukraynalı əsgər təhvil verilib. Azad edilən rus əsgərləri hazırda Belarusda yerləşir və onlara lazımi tibbi və psixoloji dəstək göstərilir. Əsgərlərimiz Müdafiə Nazirliyinə məxsus sağlamlıq mərkəzlərində müalicə almaları üçün Moskvaya çatdırılacaq".
Seymur BƏNNAYEV