Müxalifət intihar vəziyyətindədir - Kobaxidze

 21:54 15.01.2025     93

Gürcüstan müxalifəti intihar vəziyyətindədir.

Redaktor.az “Report”a istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

O, müxalifətin dövlət sisteminə qarşı sabotaj həyata keçirdiyini, lakin bunun sonradan onların neytrallaşdırılması ilə nəticələnəcəyini bildirib.

Kobaxidze, müxalifətin intihar vəziyyətində olduğunu deyib. Baş nazir, müxalifətin “tamamilə itkin düşdüyünü və təsirsiz olduğunu” deyərək, bu vəziyyətin ölkə üçün yaxşı olduğunu qeyd edib.

“Hazırda çox yaxşı proseslər gedir. 2025-ci il, “Kollektiv Milli Hərəkat” adlanan siyasi qüvvənin tamamilə neytrallaşdırılması ili olacaq. Bu, Gürcüstanın demokratiya sistemi və dayanıqlı inkişafı üçün çox vacibdir”, - İ.Kobaxidze əlavə edib.