Misir prezidenti Qəzzada atəşkəs razılaşmasını alqışladı
Misir Prezidenti Əbdülfəttah əs-Sisi Qəzza zolağında atəşkəs razılaşmasını alqışlayıb.
Redaktor.az xəbər verir ki, o, bununla bağlı feysbuk səhifəsində müvafiq bəyanat yayıb.
“Mən Misir, Qətər və ABŞ-nin təmsil etdiyi vasitəçilərin bir ildən artıq gərgin səylərindən sonra Qəzzada əldə olunan atəşkəs razılaşmasını alqışlayıram”, - deyə əs-Sisi yazıb. Razılaşmanın işığında Misir lideri anklavda "hazırkı humanitar fəlakətin nəticələrini aradan qaldırmaq üçün Qəzzaya yardımın çatdırılmasını mümkün qədər tez bərpa etməyə" çağırıb.
Turan İSMAYIL