İsrail prezidenti Qəzza razılaşması ilə bağlı xalqa müraciət ETDİ

 23:48 15.01.2025     105

Qəzza zolağında saxlanılan girovların azad edilməsi və oradakı yanğına son qoyulması ilə bağlı razılaşma "doğru və zəruri addım" olacaq.

Redaktor.az xəbər verir ki, bunu İsrail Prezidenti İsaak Hersoq televiziya ilə xalqa müraciətində bildirib.

"Biz indi addım atmalı və vəziyyəti düzəltməliyik. Mən İsrailin Baş naziri Benyamin Netanyahunu və bu razılaşmanı istəyən danışıqlar qrupunu dəstəkləyirəm və hökumət üzvlərini təqdim olunacaq sazişi qəbul edib təsdiqləməyə çağırıram. Oğullarımızı və qızlarımızı evə gətirmək üçün onlara İsrail Dövlətinin Prezidenti kimi birmənalı şəkildə deyirəm: bu düzgün addımdır, bu vacib addımdır", - dövlət başçısı müraciətində deyib.

Turan İSMAYIL