Çin Tayvan istiqamətində hərəkətliliyini davam etdirir

Tayvan silahlı qüvvələri son sutka ərzində adaya yaxınlaşan Çin Xalq Azadlıq Ordusunun (PLA) 10 təyyarəsi və 6 gəmisini aşkar edib.
Redaktor.az xəbər verir ki, Tayvanın Milli Müdafiə Nazirliyi bildirib.
"Bu gün Tayvan ətrafında fəaliyyət göstərən 10 PLA təyyarə və 6 gəmisi aşkar edilib. Təyyarələrdən 6-sı median xətti keçərək Tayvanın şimal və cənub-qərb ADİZ-ə daxil olub. Biz vəziyyəti izləmişik və müvafiq reaksiya vermişik",- məlumatda qeyd olunur.
Qeyd edək ki, Pekin adaya özünün əyalətlərindən biri kimi baxır.
Türkan İSGƏNDƏRLİ