Bu silahlar potensial düşmənə ziyan vura bilər - Aleksandr Volfoviç
Belarusda taktiki nüvə silahlarının, “Oreşnik”in yerləşdirilməsi və “İsgəndər-M” raket sisteminin mövcudluğu istənilən potensial təcavüzkara ziyan vura bilər.
Redaktor.az xəbər verir ki, bu barədə Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç bildirib.
“Dövlət başçısı Belarus ərazisinə Rusiya taktiki nüvə silahlarının yerləşdirilməsi ilə 1990-cı illərdə buraxdığı strateji səhvi düzəltdi, nəticədə biz ölkəmizə qarşı təcavüzün qarşısının alınmasında bu ən mühüm amili itirdik Belarusda orta mənzilli “Oreşnik” hipersəs raket kompleksinin yerləşdirilməsi haqqında qərar da qəbul edilib".
Təhlükəsizlik Şurasının dövlət katibi Belarus hərbi-sənaye kompleksinin də fəal şəkildə inkişaf etdiyinə diqqət çəkib. Onun sözlərinə görə, pilotsuz uçuş aparatları Belarusiyada müxtəlif məqsədlər üçün istehsal olunur, onlarsız uğurlu döyüş əməliyyatları bu gün mümkün deyil və yaradılan ərazi müdafiə sistemləri və xalq milisləri buna səbəb olur.
Bənövşə HƏSƏNOVA