İsrail-HƏMAS razılaşması qurbanlar üçün ümiddir

 11:05 16.01.2025     68

BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Tom Fletçer dünya təşkilatının Təhlükəsizlik Şurasını İsraillə Fələstinin Həmas hərəkatı arasında razılaşmada nəzərdə tutulan atəşkəs rejiminin qorunmasında israrlı olmağaçağırıb.

Redaktor.az xəbər verir ki, bu barədə BMT-nin bəyanatında qeyd olunub.

"Biz Təhlükəsizlik Şurasını atəşkəsin qorunmasında, beynəlxalq hüquq normalarına riayət edilməsində və insanların həyatının xilas edilməsinə maneələrin aradan qaldırılmasında israr etmək üçün öz kollektiv səsindən və çəkisindən istifadə etməyə çağırırıq. İsrail və HƏMAS arasında atəşkəs razılaşması bu münaqişə nəticəsində həyatı məhv olmuş milyonlarla insana çox lazım olan ümidi verir", - bəyanatda bildirilir. 

BMT Baş katibinin müavini bildirib ki, humanitar qurumlar zərər çəkmiş əhaliyə yardımı artırmağa hazırdır:

"Biz işimiz üçün əhəmiyyətli təhlükəsizlik və siyasi çətinliklərə baxmayaraq, bu anın tələb etdiyi ambisiya, yaradıcılıq və təcili cavab vermək üçün əlimizdən gələni edəcəyik" dedi beynəlxalq humanitar hüquqa tam hörmət edirlər”.

Türkan İSGƏNDƏRLİ