Sinif rəhbəri gəzinti adı ilə valideynlərdən 1 milyon yığdı
Rusiyanın paytaxtı Moskvada polis əməkdaşları ekskursiya üçün məktəblilərin valideynlərindən bir milyon rubla yaxın pul yığan və pulu oğurlayaraq işdən çıxan keçmiş müəllimi saxlayıblar.
Redaktor.az yerli KİV-ə istinadla bildirir ki, 37 yaşlı sinif rəhbəri Rusiyanın şəhərlərindən birinə ekskursiya üçün pul yığmaq adı ilə şagirdlərin valideynlərindən 990 min rubl alıb. O, pulu aldıqdan sonra dəfələrlə səfərini təxirə salıb və tezliklə işini ataraq, valideynlərlə ünsiyyəti kəsib. Eyni zamanda vəsaiti də özünə götürüb.
Hazırda ona qarşı dələduzluq maddəsi ilə cinayət işi açılıb. Barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib.
İş üzrə ümumilikdə 28 zərərçəkmiş var.