Zelenski Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxan dövlətlərin adını AÇIQLADI
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin NATO-ya üzvlüyünə qarşı çıxan dövlətlərin adını açıqlayıb.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, o, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmerlə birgə keçirdiyi mətbuat konfransında deyib.
Zelenski bildirib ki, ABŞ, Macarıstan, Slovakiya və Almaniya Ukraynanın NATO-ya daxil olmasına qarşı çıxdılar:
“Bu məlumat artıq sirr deyil. Adı çəkilən dörd ölkə bizi NATO-da görmək istəmir”.