Putin və Pezeşkian Qafqazdakı vəziyyəti müzakirə edəcək

 21:57 16.01.2025     73

Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian sabahkı danışıqlarda Suriya, Fələstin-İsrail münaqişəsi zonası və Zaqafqaziyadakı vəziyyəti müzakirə edəcəklər.

Redaktor.az-ın TASS-a istinadla məlumatına görə, Rusiya prezidentinin mətbuat xidməti görüşdən əvvəl bildirib ki, gündəliyə bir sıra başqa mövzular da daxil ediləcək.

"Gözlənilir ki, qarşıdan gələn yüksək səviyyəli danışıqlarda qlobal və regional gündəliyin qarşılıqlı maraq kəsb edən əsas məsələləri müzakirə olunacaq. Bunlara Yaxın Şərqdə, o cümlədən Suriyada və Fələstin-İsrail münaqişəsi zonasında, Zaqafqaziyada vəziyyətin inkişafı və İranın nüvə proqramı ilə bağlı vəziyyət daxildir”, - məlumatda deyilir.

Turan İSMAYIL