"Müharibə çağırışı sülhə çağırışdır" - NATO
NATO-nun Hərbi Komitəsinin vəzifəsini tərk edən rəhbəri Rob Bauer NATO ölkələrini “müharibə çağırışının sülhə çağırış olduğunu” düşünməyə çağırıb.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, niderlandlı admiral bunu NATO Hərbi Komitəsinin iclasından sonra keçirilən mətbuat konfransında bildirib.
"Məni döyüşkən adlandıracaqlar, amma deyəcəyəm ki, müharibə çağırışı sülhə çağırışdır. Əgər biz düşmənlərimizin qarşısını almağa daha yaxşı hazır olsaq, onların hücum ehtimalı azalacaq", - deyə o, jurnalistlərə müttəfiq ölkələri niyə tez-tez müharibəyə hazırlaşmağa çağırdığını izah edib.
Admiral həmçinin Rusiyaya qarşı hərəkətlərin “ən böyük effektivliyi” üçün Ukraynada silah istehsalına sərmayənin artırılmasına çağırıb.
Bauer “sosial hazırlığı” artırmaq üçün Avropa vətəndaşlarını müharibəyə psixoloji hazırlamağa çağırıb.
Turan İSMAYIL