ABŞ Rusiya və Çinə qarşı nüvə silahı HAZIRLAYIR
ABŞ Rusiya və Çində yaxşı qorunan hədəflərə qarşı nüvə silahı hazırlayır.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi yanında Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının (NUSA) rəhbəri Cil Hrubi məlumat verib.
Qeyd olunub ki, həmin hədəflərə qarşı nüvə başlığına malik ballistik olmayan raketlər hazırlanır.
“Rusiya və Çində baş verən son hadisələr onu göstərir ki, daha çox məsələ barədə düşünməliyik”, - o bildirib.