Vahid Ələkbərovun oğlu bu vəzifəsindən AYRILIR

 09:33 17.01.2025     116

Rusiyanın “Lukoil” şirkətinin qurucusu Vahid Ələkbərovun oğlu Yusif Ələkbərov “Spartak” futbol klubunun Direktorlar Şurasını tərk etmək qərarına gəlib.

Redaktor.az xəbər verir ki, bu barədə “RBC Sport” məlumat yayıb.

Bildirilir ki, bu qərar ABŞ Maliyyə Nazirliyi tərəfindən ona qarşı tətbiq edilən sanksiyalardan sonra klubu risk altına qoymamaq istəyi ilə bağlıdır.

Xatırladaq ki, ABŞ yanvarın 10-da Y.Ələkbərova qarşı yeni sanksiyalar tətbiq edib. Neft şirkəti klubun sahibi və baş sponsorudur.