O da Trampın andiçməsində iştirak etməyəcək

ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş sədri Nensi Pelosi ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın yanvarın 20-də baş tutacaq andiçmə mərasimində iştirak etməyəcək.
Redaktor.az bu barədə "The New York Times" məlumat yayıb.
Pelosinin mərasimə niyə gəlməyəcəyi bildirilməyib. Ancaq, o, Trampa nifrətini hər zaman göstərib. Hətta eks-spiker respublikaçıları vəzifəyə yararsız adlandırıb.
Pelosinin rəhbərlik etdiyi Nümayəndələr Palatası Trampın 2016-2021-ci illərdə prezidentliyi dövründə ona iki dəfə impiçment elan etməyə cəhd edib.
Türkan İSGƏNDƏRLİ