Putin Paşinyanla müzakirələr apardı

Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin telefonla ikitərəfli məsələləri və Avrasiya İqtisadi İttifaqının (Aİİ) gündəliyini müzakirə ediblər.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Həmsöhbətçilər Ermənistan Respublikasının Avrasiya İqtisadi İttifaqında sədrliyinin yekunlarını, Aİİ çərçivəsində qarşıda duran hadisələri, eləcə də Ermənistan-Rusiya münasibətlərinin ikitərəfli gündəliyinə dair bir sıra məsələləri müzakirə ediblər”, - deyə məlumatda qeyd olunur.
Turan İSMAYIL