İlk girovlar bu vaxt qaytarıla bilər
İsrail anklavda atəşkəs razılaşmasını təsdiq edərsə, ilk girovlar yanvarın 19-u bazar günü Qəzza zolağından İsrailə qayıda bilər.
Redaktor.az xəbər verir bu barədə İsrailin baş naziri Binyamin Netanyahunun ofisi məlumat yayıb.
“Nazirlər Kabineti və İsrail hökumətinin təsdiqi və müqavilənin qüvvəyə minməsi şərti ilə, girovların azad edilməsi planlaşdırıldığı kimi həyata keçirilə bilər və bazar gününə qədər gözlənilir”, - bəyanatda deyilir.
Bənövşə HƏSƏN