Qəzza danışıqları zamanı Əmirlik şantajla üzləşib
Qətər hakimiyyəti Qəzza zolağında atəşkəs üçün aparılan danışıqlar zamanı şantaj və sövdələşmə ilə üzləşib.
Redaktor.az xəbər verir ki, bunu əmirliyin hökumət başçısı, xarici işlər naziri Məhəmməd bin Abdel Rəhman Əl Tani deyib.
Onun sözlərinə görə, vasitəçi rola qarşı sövdələşmə və ucuz şantaj var idi. Nazir, konkret olaraq kimin Dohanı şantaj etməyə çalışdığını açıqlamayıb.
Qeyd edək ki, İsrail-Həmas atəşkəsində Qətər diplomatik səylər göstərib.
Türkan İSGƏNDƏRLİ