İsrailli əsirlərin ailələrindən hökumətə ETİRAZ
İsrailli əsirlərin ailələri, Qəzzada əldə olunan atəşkəs və əsir mübadiləsi razılaşmasının gecikmiş olduğunu bildirərək, İsrailin Baş naziri Benyamin Netanyahu başda olmaqla siyasi rəhbərliyə etiraz ediblər.
Redaktor.az xəbər verir ki, ailələr, razılaşmanın İsrail Təhlükəsizlik Kabinetində müzakirə olunduğu vaxt Tel-Əvivdə toplaşıblar.
Mətbuat konfransında çıxış edən ailələr, razılaşmanın bir an öncə təsdiqlənməli olduğunu vurğulayıblar.
Kənan YUSİF