Tramp buna görə Ukraynada müharibəyə son qoymaq istəyir - İDDİA
Polşanın keçmiş baş naziri Leszek Miller ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Nobel Sülh Mükafatını almaq üçün Ukraynada hərbi münaqişəyə son qoymaq niyyətində olması barədə fikir bildirib.
Redaktor.az xəbər verir ki, o, bu barədə "Rzeczpospolita" qəzetinə müsahibəsində danışıb.
“Əlbəttə, bu, onun əsas məqsədidir. O, Nobel Sülh Mükafatını arzulayır və bu müharibəni sona çatdırarsa, mütləq alacaq”, - Miller Trampın münaqişəni sona çatdıra biləcəyini soruşduqda deyib.
Keçmiş hökumət rəhbərinin fikrincə, Ukrayna ərazilərinin itirilməsi ilə barışmalı olacaq.
Turan İSMAYIL